AZ

Merih Demiralın göstərdiyi Boz QURD işarəsi ilk dəfə Bakıda göstərilib - VİDEO SÜBUT

Musavat.com xəbər verir ki, dünya türklərinin totemi olan Boz Qurd işarəsi haqqında mühüm detallar bəlli olub.

Öncə bu işarənin dünya mediasında və Avropa gündəmində populyar olmasını təmin edən hadisə haqqında.

Bəlli olduğu kimi, Türkiyə millisinin Avstriya ilə oyununda ikinci qolundan sonra futbolçu Merih Demiral Boz Qurd işarəsi göstərmişdi.

MERİX.jpg

Bunun ardınca dünya mediası bu işarədən, onun anlam və daşıdığı missiyadan yazmışdı. Elə dərhal da aydın olmuşdu ki, Boz Qurd işarəsi Avstriyada qadağan olunub və türk faşizmi kimi alqılanır. O cümlədən, Almaniyada, Avropanın digər ölkələrində bu işarəyə neqativ və çəkingən münasibət olduğu ortaya çıxdı.

Bunun ardınca UEFA-nın intizam komissiyası Merih Demiralın məsələsini müzakirəyə çıxardı və futbolçuya ağır cəza tətbiq etdi. Bu qərarla Merih növbəti oyuna buraxılmadı və nəticədə Avropa Çempionatındakı fəaliyyəti dayandırılmış oldu.

Məhz UEFA-nın bu qərarından sonra Boz Qurd işarəsi dünya türklərinin yaşadığı hər yerdə təkrar populyarlaşdı. Türk dövlətlərinin rəhbərləri bu ədalətsiz hadisəyə etiraz münasibətləri bildirdilər. Türkiyə prezidenti Ərdoğan dedi ki, bu qərar bir futbolçuya yox, əslində bütün Türkiyəyə, türk millətinə verilən cəzadır.

Bunun ardınca Azərbaycan Prezidenti İlham Əliyev Şuşada bu qərara öz etirazını bildirdi və UEFA-nı, Boz Qurd işarəsinə qarşı tövr alan dövlətləri qınadı.

İLAX.jpg

Avropada yaşayan və oraya futbolu izləməyə gedən türklər isə verilən qərarların acığına Türkiyə - Hollandiya oyunundan əvvəl küçələrdə, bütün oyun boyunca stadionda bu işarəni nümayiş etdirdilər. Görünən budur ki, Merih Demiralın bir jesti, ardınca isə UEFA-nın qərarı dünya türklüyünü həyəcanlandıran və ayağa qaldıran bir möhtəşəm prosesə çevrilib. Türklük oz simvolunu və totemi olan Boz Qurdunu yenidən və daha böyük sevgi ilə mənimsəyib.

Bəs, Boz Qurd işarəsi nədir və bu simvol ilk dəfə necə yaranıb?

Musavat.com-un araşdırmalarından və şahidlərin də açıqlamalarından bəlli olur ki, bu işarə geniş ictimaiyyətə ilk dəfə 1992-ci ilin 3 mayında, Türklük Günündə və Azadlıq meydanında nümayiş olunub. Həmin gün Türkiyənin baş naziri Süleyman Dəmirəl ilk dəfə Bakıya səfərə gəlmişdi. Onunla birlikdə Türk Dünyasının əfsanəvi lideri, MHP genel başqanı Alparslan Türkeş də Bakıda idi. Azadlıq meydanında AXC-nin təşkil etdiyi böyük mitinqdə xalq qarşısında çıxış edən Alparslan Türkeş həmin işarəni göstərib.

Musavat.com-un arxivində o unikal və tarixi kadrlar qalmaqdadır. Oradan da görünür ki, Türkeş bu işarəni ilk dəfə nümayiş etdirir. Daha sonra bu jestin hekayəsi açıqlandı. Bəlli olur ki, ona bu jesti AXC sədri, Elçibəy öyrədib, bu jestin Göytürklərdən gəldiyini bildirib. Türkeş bəy də bunu çox sevib və ilk dəfəsi Bakıda olmaqla, bundan belə getdiyi hər yerdə, çıxış etdiyi bütün meydanlarda bu hərəkəti nümayiş etdirib.

Avropa və dünya elə bilir ki, Boz Qurd işarəsi məhz milliyyətçi MHP-yə aiddir. Amma belə bəlli olur ki, əslində bu işarənin doğum yeri Bakıdır.

Musavat.com həmin unikal və əvəzsiz kadrları təqdim edir.

Bakı, Azadlıq meydanı, 3 may 1992-ci il. Mitinqi İsa Qəmbər aparır, Elçibəydən sonra Türkeş bəy çıxış edir və Azərbaycan türklərinə səslənir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
1
musavat.com

1Mənbələr