AZ

Fransada solçuların qələbəsi siyasi iflic yaradıb

İyulun 7-də Fransa Milli Assambleyasına keçirilən seçkilərin ikinci turunda “Yeni xalq cəbhəsi” solçu alyansı 182 mandat əldə edərək qalib gəlib.

Solçu blokun qələbəsi Fransada qeyri-sabit parlament problemi və bazar ertəsi günü başlayacaq yeni hökumətin formalaşdırılması prosesində danışıqların uzadılması ilə bağlı müəmmalı vəziyyət yaradıb.

“Reuters” agentliyinin yazdığına görə, Seçkilərin nəticələri Prezident Emmanuel Makrona da ağır zərbə olub və Avropa zonasının ikinci böyük iqtisadiyyatını durğunluq vəziyyətinə sürükləyir, eyni zamanda, Paris Olimpiadasına bir neçə həftə qalmış ölkədə baş verəcək siyasi qeyri-sabitliyin xəbərçisidir.

Fransa Prezidenti son nəticədə parçalanmış parlament sindromu əldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarından kənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duran məsələlərin həllində çətinliklər yaradacaq.

Fransa Daxili İşlər Nazirliyinin “Le Monde” nəşrinə istinadla verdiyi məlumata görə, parlamentdə solçular 182, Makronun mərkəzçi alyansı 168, Le Penin “Milli birlik” partiyası və onun müttəfiqləri isə 143 yer qazanıb. Beləliklə, Milli Assambleya üç böyük qrupa bölünüb; müxtəlif platformalarla sol, mərkəzçi və həddindən artıq sağ qanadlar. Əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almadığına görə yeni hökumətin formalaşdırılması çətin olacaq(azərtac).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
5
azpost.info

6Mənbələr