AZ

Bakıda yaşayış binasında yanğın olub

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub
Bakının Xətai rayonu, General Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, ilkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Seçilən
141
8
ayna.az

10Mənbələr