AZ

Silvestr Stallone - 78: Arnold Şvartsenegger həmkarını təbrik etdi

İyulun 6-da əfsanəvi aktyor Silvestr Stallonenin 78 yaşı tamam olub.

Stallonenin yaxın dostu və həmkarı Arnold Şvartsenegger belə bir hadisə ilə bağlı paylaşım edib.

"Terminator"un ulduzu "X" sosial şəbəkəsində (keçmiş "Twitter") dostunu ad günü münasibətilə təbrik edib və həyatlarının müxtəlif dövrlərində çəkilmiş bir neçə fotoşəkil də əlavə edib.

"Ad günün mübarək, dostum Silvester Stallone. Sən çempion və əfsanəsən. Sən məni və dünyada milyardlarla insanı ruhlandırırsan", - Şvartsenegger yazıb.(oxu.az)


BiG.Az
Seçilən
11
1
big.az

2Mənbələr