AZ

Bəzi rayonlarda leysan yağıb

Bakı. TurkicWorld

İyulun 7-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən TurkicWorld-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
39
turkic.world

10Mənbələr