AZ

Antalyada meşə yanğını başlayıb - VİDEO

Antalyada meşə yanğını başlayıb.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Aksu rayonunda Murtuna məhəlləsi yaxınlarında çıxan yanğının səbəbi bilinmir.

Küləyin təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.

Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir.

İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib.

Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
9
bizim.media

10Mənbələr