AZ

Nazir məişət zorakılığına görə həbs olundu

Papua Yeni Qvineyanın neft naziri Cimmi Maladina “məişət zorakılığı” xəbərinə görə Avstraliyada saxlanılıb.

KONKRET.az xəbər verir ki, o, tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.

Qeyd edək ki, nazir həyat yoldaşını döydüyünə görə ittiham edilir. Evin xanımının üzündə ciddi xəsarətllərin olduğu deyilir. O, əri ilə mübahisədən sonra polisə müraciət edib.

Şərti azadlığa buraxılan Maladinanın məhkəməsi iyulun 9-da keçiriləcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
67
1
konkret.az

2Mənbələr