AZ

Millətlər Liqası: Azərbaycan Slovakiya ilə qarşılaşacaq

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.

UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur

8 sentyabr
20:00. Slovakiya - Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
16
cbcsport.az

10Mənbələr