AZ

Ronaldo: Portuqaliya daha yaxşısına layiq idi

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2024-ün 1/4 finalında Fransaya uduzaraq (0 :0, penatilər -3:5) turnirdə mübarizəni dayandırdıqları oyundan sonra azarkeşlərə müraciət edib.

“İki sahil” xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Biz daha çox istəyirdik. Portuqaliya daha yaxşısına layiq idi. Bizə verdiyiniz hər şeyə və bu günə qədər əldə etdiklərimizə görə sizəminnətdarıq. Əminəm ki, meydanda və meydandan kənarda bu irs hörmətlə qarşılanacaq".

Xatırladaq ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 130 qol vurub, 47 qolun ötürməsini verib.

Seçilən
149
3
ikisahil.az

4Mənbələr