AZ

3 güləşçimiz finalda

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsi davam edir.

Apasport.az xəbər verir ki, bu gün 3 güləşçimiz yarımfinalda çıxış edib.

Camal Abbasov finala yüksəlmək üçün türkiyəli Tolqa Özbeklə qüvvəsini sınayıb. Güləşçimiz rəqibin ciddi müqaviməti ilə izləşməyib və 5:1 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə Andrey Midlovetslə (AİN) qarşılaşacaq.

Sadiq Mustafazadə (86 kq) yarımfinalda moldovalı Aleksandru Borsla üz-üzə gəlib. Sadiq 9:7 hesabı ilə güclü olaraq, finalda yarışmaq hüququ əldə edib. Onun rəqibi İbraqim Kadiyev (AİN) olacaq.

92 kq çəki dərəcəsində yarışan Anar Cəfərli 1/2 finalda bolqarıstanlı Sali Saliyevlə mübarizə aparıb. O, rəqibinə heç bir şans verməyib - 11:0. Təmsilçimiz həlledici görüşdə Mustafaqadji Malaxdibirovla (AİN) qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri sabah baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
apasport.az

3Mənbələr