AZ

“Qarabağ”ın Bakıdakı ÇL oyununun vaxtı bilindi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki cavab oyununun vaxtı məlum olub.
Tribunainfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1-ci mərhələnin “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə keçiriləcək qarşılaşma iyulun 30-da Bakıda baş tutacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Ağdam təmsilçisi ilk oyunu iyulun 23-də səfərdə keçirəcək.
Seçilən
136
20
tribunainfo.az

10Mənbələr