AZ

Şəmkirdə təmirə aparılan maşın yanıb

Şəmkirdə minik maşını yanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonda  fəaliyyət göstərən avtomobil təmir sexlərinin birində qeydə alınıb.

Belə ki, təmir sexinin qarşısında dayanan "VAZ 2106" markalı minik maşınında anidən yanğın olub. Dərhal əraziyə FHN-nin yağınsöndürən birqadaları cəlb olunub.

Yanğın söndürülüb, təmir sexi və sexin həyətində olan avtomobillər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov

Seçilən
126
4
unikal.az

6Mənbələr