AZ

Müjganın anası: "Tək övladımdır, ona nəsə olsa, ölərəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səkkiz yaşlı Müjgan ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Aidə Nəcəfzadə məlumat verib.
O bildirib ki, övladı dörd ildir qaraciyər sirrozundan əziyyət çəkir:
"Müjganın səkkiz yaşı var, onun dörd yaşı olanda qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də elə müalicələrə, dərmanlara başlamışıq. Bu xəstəliyin müalicəsi o qədər bahadır ki, demək olar, əlimizdə olan hər şeyi satmışıq. Müjganın vəziyyəti bir az da pisləşsə, onun qaraciyər nəqlinə ehtiyacı olacaq".
Aidə Nəcəfzadə övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Müjgan mənim tək övladımdır, onun müalicəsi üçün əlimdə olan hər şeyi - qızıllarıma, dəyərli ev əşyalarıma qədər satmışam. Müjgana nəsə olsa, mən ölərəm. Övladımın sonuncu müalicələrini sizin saytın izləyicilərinin dəstəyi ilə etmişik. Həkimlər onun müalicəsini davam etdirsək, vəziyyətinin yaxşıya doğru gedəcəyini bildiriblər. Bu, bizim üçün böyük ümid işığıdır. Sizin oxuculardan bizə yenidən dəstək olmaqlarını xahiş edirəm. Hazırda müalicə üçün 600 manata ehtiyacımız var".
Ailə ilə əlaqə: (051) 676-13-87.
Kapital Bank: 4169 7388 9773 6975.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
20
oxu.az

10Mənbələr