AZ

UNEC-də yaz imtahan sessiyasının sonuncu “Açıq qapı” günü keçirilib - FOTOLAR

İyulun 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaz imtahan sessiyasının sonuncu “Açıq qapı” günü keçirilib. UNEC-dən SİA-ya bildirilib ki, rektor professor Ədalət Muradov, VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə və müvafiq struktur rəhbərlərinin iştirak etdiyi görüşdə tələbə, valideyn və vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlər diplomun vaxtında verilməməsi, qaib limitini aşmaq, imtahan nəticələrinin artırılması üçün təkrar imtahanın təşkili, təhsil haqqına güzəşt olunması, UNEC-də pedaqoji fəaliyyətə başlamaq barədə olub.

Hər bir müraciət dinlənildikdən sonra onların həlli istiqamətində qərarlar qəbul edilib və struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
11
sia.az

10Mənbələr