AZ

Holmqren:"Qəzza müharibəsi terrorçular üçün münbit

AzVision.az xəbər verir ki, bu ifadələri ABŞ Dövlət katibinin kəşfiyyat və tədqiqat üzrə köməkçisi Bret Holmqren "The Washington Post" qəzetinə açıqlamasında bildirib.

O, Almaniya və Hollandiyada bir qrup şəxsin yəhudilərin kütləvi yaşadıqları massivlərə hücumlar hazırlamasını diqqətə çatdıraraq:

"Bu təsir artıq Avropada da özünü göstərir", - vurğulayıb.
Brik: "Regional müharibənin astanasındayıq"

Yeri gəlmişkən, İsrailin Livanla sərhəddə "Hizbullah" terror təşkilatı ilə də getdikcə artan toqquşmaları da Yaxın Şərqdə yeni müharibə cəbhəsi açılması riskini doğurur. Həm yerli, həm də avropalı nümayəndələr son günlərdə belə bir təhlükə ilə bağlı narahatlıqlarını dilə gətirirlər.

Firudin Həmidli
AzVision.az


Seçilən
215
azvision.az

1Mənbələr