Almaniya millisinin üzvü Toni Kroos futbolçu karyerasını başa vurub.
QOL.az xəbər verir ki, Avro-2024-ün 1/4 finalında İspaniya ilə görüş 34 yaşlı yarımmüdafiəçinin futbolçu kimi son oyunu olub.
Kroos daha əvvəl Avropa çempionatından sonra karyerasını başa vuracağını açıqlamışdı. Ötən gün isə almanlar İspaniyaya 1:2 hesabı ilə uzuzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, son klubu "Real" olan Kroos "Bavariya" və "Bayer"də də oynayıb. O, 2010-cu ildən Almaniya millisində çıxış edirdi.