AZ

AVRO-2024: Bu gün daha iki yarımfinalçı məlum olacaq

Image

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək. Günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq. İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub - 2:0.

İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 1/4 finalın son qarşılşamasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib. Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Bakı vaxtı ilə saat 23:00-da Berlindəki Olimpiya stadionunda baş tutacaq.

Mətləb Salahov





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
30
baki-xeber.com

10Mənbələr