İranda keçirilən prezident seçkilərində Səhiyyə Nazirliyinin keçmiş rəhbəri, islahatçı Məsud Pezeşkian qalib gəlib.
TASS-ın respublikanın seçki komissiyasının rəsmi nümayəndəsi Möhsün Eslamiyə istinadən verdiyi məlumata görə, bütün 30,530 milyon bülletenin emalının nəticələrinə əsasən, Pezeşkian 16,384 milyon səs toplayıb – ümumi səsin təxminən 53,6 faizi.
İyunun 29-da İran Daxili İşlər Nazirliyi iyulun 5-də prezident seçkilərinin ikinci turunu elan edib.
İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami daha əvvəl IRIB telekanalına açıqlamasında ölkədə prezident seçkilərinin ikinci turunda səsvermənin başa çatdığını bildirib.
DOĞRU.AZ