AZ

Vasitəçilərsiz danışıqlar daha effektiv olur – AÇIQLAMA

"Azərbaycan Ermənistanla ikitərəfli müzakirələr çərçivəsində sülhün əldə olunması üçün bütün mümkün vasitələri işə salıb".

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, buna baxmayaraq, Azərbaycan-Ermənistan münasibətlərində normallaşmanı nəzarətdə saxlamaq istəyən və öz moderatorluğunu təqdim edən kənar tərəflər də var:

"Azərbaycan öz mövqeyini qətiyyən dəyişmədi və kənar güclərin prosesə müdaxiləsinə imkan vermədi. Ermənistan hökuməti ilkin mərhələdə üçüncü tərəfləri danışıqlara cəlb etməyə çalışsa da, buna nail ola bilmədi və ikitərəfli müzakirələrə məcbuq qaldı. Yəni Azərbaycan Ermənistanı da sülhə məcburetmə siyasətini uğurla yerinə yetirdi”.

Müsahibimiz hesab edir ki, Ermənistan və Azərbaycan arasındakı danışıqlar heç bir vasitəçi olmadan həyata keçirildiyi zaman daha effektiv olur:

“Biz ötən müddət ərzində bunun şahidi olduq. Delimitasiya və demarkasiya prosesində xeyli irəliləyiş var. Azərbaycana məxsus kəndlər geri qaytarıldı və qarşıdakı günlərdə anklav kəndlər də geri veriləcək. Prezident İlham Əliyev Kanadanın yeni səfirini qəbul edərkən vasitəçilər məsələsinə xüsusi toxundu və kənar müdaxilə olmadan daha yaxşı nəticələrin olduğunu vurğuladı. Həqiqətən, heç bir vasitəçi olmadan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması daha real görünür. Çünki kənar müdaxilələr nəticə etibarilə həmin dövlətlərin maraqlarının burada təmin olunması şərtlərini meydana çıxarır, razılaşmanın əldə olunmasına imkan vermir. Bu da nə Azərbaycan, nə də Ermənistanın maraqlarına xidmət edir. Çünki bizim hədəfimiz Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olmasıdır".

Naqif Həmzəyev: Sülhə xələl gətirəcək istənilən müdaxilələrə "yox" deyirik və inanırıq ki...

 N.Həmzəyev vurğulayıb ki, Ermənistan Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işə düşməsi ilə bağlı öhdəliklərini mütləq yerinə yetirməlidir:

"Ermənistanın sülhün əldə olunmasında həqiqətən səmimi olduğunu ortaya qoymalıdır. Bir sözlə, proseslərin müsbət nəticələnməsi üçün Ermənistanın üzərinə çox böyük yük düşür. İrəvan 1000 kilometrlərlə uzaqdakı güclərin ermənidən çox ermənilik mövqeyi sərgiləməsinə imkan verməməlidir. Biz də sülhə xələl gətirəcək istənilən müdaxilələrə "yox" deyirik və inanırıq ki, tezliklə sülh anlaşması imzalanacaq. Cənubi Qafqazda nəhayət uzunmüddətli və dayanıqlı sülh mümkün olacaq".

Aydın Baxış

Seçilən
85
bakivaxti.az

1Mənbələr