AZ

Azərbaycanlılar Pezeşkianın qələbəsini belə qeyd edir – VİDEO

Azərbaycanlılar Pezeşkianın qələbəsini belə qeyd edir – VİDEO

İranın paytaxtı Tehran, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya və digər şəhərlərində seçicilər küçələrə axışaraq, Məsud Pezeşkianın prezident seçkilərində qələbəsini qeyd edirlər.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Görüntülərdə insanların maşınlarını yolda saxladığı, musiqi sədaları altında rəqs etdiyi əks olunub.

Bu arada seçkilərin yekun nəticələri açıqlanıb. Azərforum İranın yaydığı rəsmi məlumata əsasən xəbər verir ki, Azərbaycan türkü olan namizəd Məsud Pezeşkian 16,384,403 səs ilə rəqibi Səid Cəliliyə böyük üstünlüklə qalib gəlib. Cəlili səslərin cəmi 13,538,179 qədərini toplaya bilib.

Qeyd edək ki, Pezeşkian İran tarixində 99 ildən sonra seçilən ilk türk dövlət başçısıdır.

 

Seçilən
1759
3
medianews.az

10Mənbələr