AZ

Portuqaliya-Fransa oyunundan maraqlı görüntülər: Futbolçu hakimə sarı vərəqəsini göstərdi - FOTO

Futbol üzrə Avropa Çempionatının (AVRO 2024) 1/4 final mərhələsində Fransa-Portuqaliya qarşılaşmasında maraqlı anlar yaşanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, portuqaliyalı ulduz Vitinya hakimə xəbərdarlıq edərək sarı vərəqəsini göstərib.

Belə ki, Portuqaliya - Fransa matçında baş hakim Maykl Oliver sürətli hücumda qaçarkən sarı vərəqəsini düşüb. Kartın düşdüyünü görən Vitinya hakimə xəbərdarlıq edərək sarı vərəqəsini təhvil verib.

Qeyd edək ki, əsas və əlavə vaxtlarda hesab açılmayıb. Penaltilər seriyasında isə Fransa Portuqaliyanı 5:3 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.

Murad Məmmədli

Seçilən
66
bakivaxti.az

1Mənbələr