AZ

Goranboyda oğurluq edən şəxs saxlanılıb

Goranboy rayon sakinlərindən birinə məxsus evdən 15 min dollar və dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
98
9
ikisahil.az

10Mənbələr