AZ

Avro-2024: İspaniya və Fransa yarımfinalda rəqib oldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin daha bir iştirakçısı bəlli olub.

Msport.az xəbər verir ki, 1/4 finalda Portuqaliya yığmasına qalib gələn Fransa  millisi növbəti raunda vəsiqə qazanıb.

Matçın əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (5:3) oynayan fransızlar yarımfinalda İspaniyanın rəqibi olub.

Qeyd edək ki, 1/4 finalın son iki oyunu bu gün keçiriləcək.

——————————————-

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında ilk yarımfinalçı bəlli olub.

Msport.az xəbər verir ki, Almaniya yığmasına 2:1 hesabı ilə qalib gələn İspaniya millisi növbəti raunda vəsiqə qazanıb.

Hesabı 51-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. Florian Virts 89-cu dəqiqədə tarazlığı bərpa edib. Matçın əsas vaxtı heç-heçə ilə yekunlaşdığından qalib əlavə dəqiqələrdə müəyyənləşib. 119-cu dəqiqədə fərqlənən Mikel Merinp pireneyliləri yarımfinala daşıyıb.

Qeyd edək ki, İspaniya millisinin yarımfinaldakı rəqibi Portuqaliya – Fransa cütünün qalibi olacaq.

Seçilən
143
2
msport.az

10Mənbələr