AZ

Türkiyə XİN: UEFA-nın Demiralla bağlı qərarı qərəzlidir

Türkiyə vətəndaşları UEFA-nın Türkiyə milli futbol komandasının futbolçusu Merih Demiralı iki oyunluq cəzalandırma qərarından məyus olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" hesabında məlumat yayılıb.

"UEFA-nın millimizin futbolçusu Merih Demiralı iki oyunluq cəzalandırdığına görə təəssüf edirik. Ölkə daxilində və xaricdə olan bütün vətəndaşlarımızda dərin məyusluq hissi yaradan bu qərar bəzi Avropa ölkələrində əcnəbilərə qarşı qərəzli münasibətin artdığı barədə fikri gücləndirdi", - departament qeyd edib.

Əlavə edilib ki, beynəlxalq idman tədbirləri cəmiyyətləri və ölkələri bir-birinə daha da yaxınlaşdırmaq üçün təşkil olunur.


Müəllif: Teleqraf.com
Seçilən
148
3
teleqraf.com

10Mənbələr