AZ

AVRO-2024: İspaniya millisi yarımfinala vəsiqə qazandı - VİDEO

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.

Korrespondent.az bildirir ki, ilk matçda İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. 

Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılıb.

Əlavə vaxtın 119-cu dəqiqəsində Mikel Merino İspaniya millisinə qələbə gətirən qola imza atıb.

Bununla da İspaniya seçməsi adını 1/4 finala yazdırıb.

Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaq. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Seçilən
52
7
korrespondent.az

8Mənbələr