Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində İspaniya millisi Almaniya ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Ştutqartda keçirilən matç İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə də İspaniya millisi AVRO-2024-ün yarımfinal mərhələsinə yüksəlib.
AVRO-2024
1/4 final
5 iyul
20:00. İspaniya - Almaniya 2:1
Qol: Olmo, 51. Merino, 119 - Virtz, 89
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".