AZ

Bölgə klubunun baş məşqçisi nigarandı – bu problem maneə yaradır

“Mingəçevir”in baş məşqçisi Ədəhim Niftəliyevlə bağlı yekun qərarı bəlli olub.

Belə ki, klub mütəxəssislə müqavilənin müddətini daha 1 il uzadıb.

Bu barədə “Football-plus.az”a Ədəhim bəyin özü məlumat verib. O, komandanı çətin günlərin gözlədiyini bildirib:
“Mingəçevir”lə yola davam edəcəyik. Lakin büdcə ilə bağlı problem böyük hədəflər uğrunda mübarizə aparmağa mane olur. Bilindiyi kimi, sponsorumuz yoxdu. Belədə daha yaxşı təklif alan futbolçuları kollektivdə saxlamaq çətindi. Hələ ki ciddi dəyişiklik baş verməyib. Lakin nələrin yaşanacağını bilmirik. İnşallah, tezliklə sponsor tapılar”.

Xatırladaq ki, “Mingəçevir” 1-ci liqada 2023/24 mövsümünü 27 xalla 7-ci yerdə başa vurub.
KƏNAN BAHADIR
Seçilən
81
football-plus.az

1Mənbələr