AZ

Bundestaq Macarıstanı Aİ Şurasına sədrlikdən məhrum etməyə çağırıb

Bundestaqın (Almaniya Parlamenti) Xarici Siyasət Komitəsinin sədri Mixael Rot (Almaniya Sosial Demokrat Partiyası) hesab edir ki, Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfəri ilə əlaqədar Macarıstan Avropa İttifaqı (Aİ) Şurasına sədrlikdən məhrum edilməlidir.

"Operativ Media" xəbər verir ki, o bu barədə "X"də yazıb. 

"Orbanın Aİ Şurasına sədrliyindən biabırçı şəkildə sui-istifadə etməsi və razılıq olmadan Kremlə getməsi qalmaqala səbəbdir. O, Aİ-nin xarici siyasətinin əsas prinsiplərini sarsıdır. Ya Macarıstan hökuməti Aİ-dəki hazırkı roluna hörmətlə yanaşmalı, ya da sədrlikdən imtina etməlidir", - diplomat qeyd edib.

Seçilən
61
2
operativmedia.az

5Mənbələr