AZ

“Rusiya Orbanın mövqeyini qiymətləndirir” – Peskov

Rusiya Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna münaqişəsində hər iki tərəfin mövqelərini nəzərə almaq istəyini yüksək qiymətləndirir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, Rusiyaya səfər Orbanın təşəbbüsü ilə baş tutub:

“Digər Avropa dövlətlərinin mövqelərini müqayisə etməyə çalışarkən Orbanın qəti və aydın xəttini yüksək qiymətləndirmək olar”, – Kreml rəsmisi bildirib.

Burhan,

KONKRET.az

Seçilən
168
konkret.az

1Mənbələr