AZ

İki güləşçimiz Avropa çempionatının finalında

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə start verilib.

İdman.biz xəbər verir ki, 2 güləşçimiz yarımfinalda mübarizə aparıb.

Vasif Bağırov (57 kq) yarımfinalda belaruslu Herbert Akapyanla (AIN) güləşib. Təmsilçimiz 10:3 hesabı iləq alib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

Xetaq Karsanov (97 kq) fina yolunda gürcüstanlı Ramini Qulitaşvili ilə qarşılaşıb. Tam üstlüklə qalib gəlib güləşçimiz qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, final görüşləri sabah baş tutacaq.

İdman.biz

Seçilən
86
1
idman.biz

2Mənbələr