AZ

İranda səsvermə vaxtı uzadıldı

İranda prezident seçkilərinin ikinci turunda səsvermə üçün məntəqələrin vaxtı yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 20:30) qədər uzadılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami IRIB telekanalında məlumat verib.
“Prezident seçkilərində əhalinin fəallığı ilə əlaqədar bütün seçki məntəqələrində səsvermə vaxtı saat 20:00-a qədər uzadılacaq”, - Eslami bildirib.
Qeyd edək ki, iyunun 28-də keçirilən səsvermənin birinci turu zamanı İranın seçki komissiyası səsvermə vaxtını üç dəfə uzadıb. Nəticədə yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə 00:30) seçki məntəqələri fəaliyyətini dayandırıb.
Xatırladaq ki, İranda prezident seçkiləri üçün seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. İkinci turda prezidentlik uğrunda mübarizə aparan 69 yaşlı islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar 58 yaşlı Səid Cəlili. Birinci turda Pezeşkiyan və Cəlili müvafiq olaraq 44% və 40% səs toplayıblar. Seçkilərdə iştirak 40% təşkil edib ki, bu da İslam respublikasının 45 ilində ən aşağı göstəricidir.
Seçilən
29
2
yeniavaz.com

4Mənbələr