AZ

Basketbol millimiz Türkiyədə yoxlama oyunları keçirdi

26 iyundan Kiprdə hazırlıqların ikinci mərhələsinə başlamış qızlardan ibarət U-16 və U-18 yığmalarımız, 2 iyuldan etibarən təlim-məşq toplanışının növbəti hissəsini Türkiyədə davam etdirir. 

Bizim.Media xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, bu zaman ərzində, taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunlarında da iştirak ediblər və bu yoxlama oyunlarından 5 qələbə, 1 məğlubiyyət ilə ayrılıblar.

AZƏRBAYCAN U-18 - "Kastamonu ARD" U-18 (84-65)

AZƏRBAYCAN U-16 - "Karabük" U-18 (93-74)

AZƏRBAYCAN U-18 - Kipr U-18 (62-72)

AZƏRBAYCAN U-18 - Kipr U-16 oğlan (57-56)

AZƏRBAYCAN U-16 - "Kastamonu" U-16 (78-54)

AZƏRBAYCAN U-18 - "Kastamonu Yursum" U-16 (91-68)

Qeyd edək ki, U-16 yığmamız artıq sabah 9-14 iyul Cəbəllütariqdə baş tutacaq Avropa çempionatı "C" divizionun oyunlarına yollanacaqdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

 
Seçilən
117
6
bizim.media

9Mənbələr