AZ

“Bravo” Supermarketlər Şəbəkəsinin dəstəyi ilə Naxçıvanda yaşayan şəhid ailələri ilə görüş keçirilib

Bakı. Trend:

PAŞA Holding-in törəmə şirkətlərindən olan “Bravo”Supermarketlər Şəbəkəsinin nümayəndələri 1-2 iyul 2024-cü iltarixlərində Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid ailələriilə görüşlər keçirilib.

Səfərin ilk günündə Naxçıvan Şəhid Xiyabanı ziyarət olunub vəVətən uğrunda qəhrəmancasına canlarından keçən qəhrəmanşəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Dahasonra Naxçıvanda yaşayan şəhid ailələrini birləşdirən ictimaitəşkilat rəhbərləri ilə, həmçinin Naxçıvan Qazilər Birliyi iləgörüş keçirilib.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında yaşayan 2016-cıilin Aprel döyüşləri şəhidi leytenant Qabil Orucəliyev, VətənMüharibəsi şəhidləri mayor Sadiq Həsənov, baş leytenant SahilMəmmədov, leytenant Fərmin Əliyev, gizir Etibar Cəfərov, kiçikçavuş Tağı Abdullazadə və Antiterror əməliyyatı zamanı şəhid olanbaş leytenant İbrahim Qasımovun ailələri ziyarət olunub.

Səfərin ikinci günündə isə Babək rayonunda yaşayan şəhidailələri ziyarət olunub. Günün davamında Naxçıvan MuxtarRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüşkeçirilib.

Qeyd edək ki, səfər çərçivəsində “Bravo” Supermarketlər Şəbəkəsitərəfindən hazırlanan sovqatlar “Azərpoçt” MMC-nin dəstəyi iləNaxçıvanda yaşayan şəhid ailələrinə çatdırılıb.

Məqalədə:
Seçilən
18
2
az.trend.az

7Mənbələr