AZ

ABB-nin səhmlərini başqa banklardan da - SİFARİŞ VERMƏK MÜMKÜN OLACAQ

Azərbaycanın ən böyük bankı olan ABB Bankın səhmlərinə yazılışı başqa banklar vasitəsilə də mümkün olacaq.

Qiyməti 27 qəpik olan hər səhmə 4,1 qəpik – ABB-NİN SƏHMLƏRİ NƏ QƏDƏR QAZANC GƏTİRİR?

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında onlayn görüşdə bildirilib.

Görüşdə digər məsələlərlə yanaşı, «Azərbaycan Beynəlxalq Bankı» ASC (ABB) səhmlərinin kütləvi təklifi ilə də bağlı müzakirələr aparılıb. Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi, abunə yazılışına investorların böyük maraq göstərməsi, həmçinin rəqəmsallaşma və infrastruktur qurumların sistemlərinə çıxışın təmin olunması nəticəsində geniş investor kütləsini əhatə etməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, artıq ötən aydan başlayan abunə yazılışı prosesinə ABB və "ABB – İnvest” investisiya şirkəti ilə yanaşı, digər investisiya şirkətləri də qoşulmuşdur.

Eyni zamanda, görüşdə ABB-nin shmlərinə abunə yazılışı prosesinə bankların da qoşulması məsələsi müzakirə edilib. Bildirilib ki, bankların prosesdə iştirakı investorlar üçün səhmlərin alışını daha əlçatan edəcək. Nəticədə səhm bazarında geniş fərdi investor kütləsi formalaşa biləcək.

Görüşdə iştirak edən bank sədrləri də bildirib ki, müvafiq hazırlıq işləri tamamlandıqdan sonra banklar bu prosesə qoşulacaqlar.

Seçilən
103
fed.az

1Mənbələr