AZ

Paris 2024-də terror aktı hazırlayanlar saxlanılıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris-2024 Yay Olimpiya Oyunlarında terror aktları törətməyə hazırlaşan bir neçə nəfər saxlanılıb.
Məlumata görə, bunu Fransanın daxili işlər naziri Cerald Darmanin açıqlayıb.
O bildirib ki, iki fərqli ərazidə bir neçə nəfər saxlanılıb.
Onlar Parisdə keçiriləcək Olimpiada zamanı terror aktları törətməyə hazırlaşırdılar:
"Seçki kampaniyası apardığımızdan son günlər bu barədə danışmamışıq. Amma nələrisə planlaşdıran və terror aktları hazırlayan insanları saxlamışıq. Böyük tədbirlərin təhlükəsizliyini təmin etməyə hazırlaşırıq. Terror aktı təkcə Olimpiya Oyunları zamanı deyil, istənilən vaxt baş verə bilər. Ona görə də biz ayıq-sayıqıq".
Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Mənbə: Lequipe.fr
Seçilən
230
50
oxu.az

10Mənbələr