AZ

İran səfirindən Ermənistana xəbərdarlıq- ABŞ regionda başqa məqsədlər güdür...

Image

ABŞ-nın regiondakı siyasətinin Cənubi Qafqaz xalqlarının maraqları ilə heç bir əlaqəsi yoxdur. Onlar başqa məqsədlər güdürlər. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

Onun sözlərinə görə, Vaşinqton Cənubi Qafqazı başqa bir ölkə ilə hesablaşmaq üçün platformaya çevirmək istəyir: "ABŞ-la münasibətlərimizdə olan təcrübəmizi nəzərə alaraq, onların bəyanatlarına şübhə ilə yanaşırıq".

Səfir region ölkələrini əhatə edən "3+3" formatının uzunmüddətli sülhə nail olmağa imkan verə biləcəyini deyib və bunun təkcə siyasi deyil, həm də iqtisadi və ticarət aspektlər olduğunu vurğulayıb.

"Biz Azərbaycanın və Ermənistanın sülhə nail olmaq üçün göstərdiyi səyləri alqışlayırıq. Regionda sülhə alternativ yoxdur, regionda sülh bərqərar olmalıdır. Bu bizim prinsipial mövqeyimizdir. Biz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün aparılan dialoqu alqışlayır və dəstəkləyirik", - deyə M.Sobhani bildirib.

ZÜMRÜD





Seçilən
41
3
baki-xeber.com

2Mənbələr