AZ

Borrell: Orban Aİ-ni təmsil etmir

Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinlə rəsmi əlaqələri istisna edir. Aİ Şurasına sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfəri zamanı Aİ-ni təmsil etmək hüququ yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu Aİ-nin diplomatik nümayəndəsi Josep Borrell bildirib.

Onun sölərinə görə, bu səfər yalnız ikitərəfli münasibətlər çərçivəsində baş tutub.

"Baş nazir Orban Aİ Şurasından Moskvaya səfər etmək üçün heç bir mandat almayıb", - deyə Borrell yazıb.

O vurğulayıb ki, Aİ-nin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı mövqeyi Aİ ilə Putin arasında rəsmi təmasları istisna edir: 

“Macarıstanın baş nazirinin Rusiyaya səfəri müstəsna olaraq Rusiya Federasiyası ilə Macarıstan arasında ikitərəfli münasibətlər çərçivəsində həyata keçirilir”.


Telegram kanalımız
Seçilən
68
1
yenisabah.az

3Mənbələr