AZ

Ərdoğandan Merih Demiral açıqlaması! Fransada da xoruz var; Almaniyada isə ...

Qazaxıstandan qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya ilə oyunda Bozqurd işarəsi tutduğ üçün UEFA tərəfindən iki oyunluq cəzalanan Merih Dəmiraldan danışıb.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Ərdoğan açıqlamasında deyib:

"Kimsə deyir ki, almanların formalarında qartal var? Kimsə durub deyir ki, “fransızların maykasında xoruz var, niyə xoruz geyinirsən?”. Orada Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz öz rəsmilərinə zəng edib və bununla bağlı lazımi addımlar atılır. Ümid edirəm ki, hər şey şənbə gününə aiddir. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçək. Qeyri-adi bir şey baş verməsə, matça getməyə qərar verdik”.

Musavat.com

Seçilən
112
1
musavat.com

2Mənbələr