AZ

Ermənistan Qərbdən uzaqlaşır?

Ermənistanın gündəlik "Hraparak" qəzeti yazır ki, Ermənistan rəsmilərinin Rusiyaya səfərləri yenidən intensivləşib. Belə ki, Ermənistan parlamentinin sədr müavini Hakob Arshakyan Rusiyaya gedir...

Qəzet xatırladır ki, Ermənistan parlamentinin sədri Alen Simonyan anti-Rusiya bəyanatlarına görə rəsmi Moskva tərəfindən xoş qarşılanmır...

Qeyd edim ki, "Hraparak" qəzeti dünən də Ermənistanın Rusiyaya yenidən meyllənməsi ilə bağlı yazı təqdim etmişdi. Döğrudanmı, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan yenidən Rusiyaya üz tutur? Birmənalı nəsə demək hələ tezdir. Ancaq müəyyən əlamətlər görünməkdədir...

Əgər Ermənistan Qərbdən uzaqlaşsa, Qərbin Cənubi Qafqaza girişi birdəfəlik qapanacaq...

Qərbin oyundan kənar vəziyyətə düşməsi Cənubi Qafqaz ölkələri üçün heç də yaxşı bir şey deyil. Bizə lazımdır ki, dünyanın bütün siyasi mərkəzləri Cənubi Qafqaza ciddi maraq göstərsin. Biz də bu maraqlardan doğan ziddiyyətlərə istinadən öz maraqlarımızı həyata keçirək...

Elbəyi Həsənli

visiontv.az



Seçilən
27
visiontv.az

1Mənbələr