AZ

Tovuz aqroparkında ilk dəfə olaraq şəkər çuğundurunun yetişdirilməsinə başlanılıb

“Tovuz Aqro” MMC-nin Tovuz rayonunun Çeyrançöl ərazisində yerləşən aqroparkının 60 hektar ərazisində bu il ilk dəfə olaraq şəkər çuğundurunun əkini həyata keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, aqropark 3 fəaliyyət istiqaməti - ətlik heyvandarlıq, əkinçilik və ət emalı sahələri üzrə ixtisaslaşıb.

Aqroparkın 1500 başlıq heyvandarlıq kompleksində 1200 baş cins iribuynuzlu heyvan saxlanılır. 2023-cü ildə aqroparkda 950 ton, cari ilin 6 ayı ərzində isə 520 ton ət istehsal edilib. Bununla yanaşı, ötən il aqroparkın 368 hektar ərazisindən 1617 ton buğda, 62 hektardan 480 ton qarğıdalı yığılıb. Hazırda aqroparkın əkin sahələrində buğda və yonca biçini aparılır.

Qeyd edək ki, müəssisədə ümumi tutumu 3 min kubmetr həcmində müasir taxıl anbarı, istehsal gücü saatda 10 ton olan yem zavodu və ümumi tutumu 40 ton olan soyuducu kameralar fəaliyyət göstərir.

Bu günədək aqroparka 22,7 milyon manat investisiya yatırılıb. Ümumi ərazisi 550 hektar olan aqroparkda 75 nəfər daimi, 20 nəfər isə mövsümi işlə təmin edilib.

Aqroparka İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Nazirlik tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 0,29 milyon manata qənaət edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
7
vergiler.az

8Mənbələr