AZ

İranda seçki və seçim günü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün İranda növbədənkənar prezident seçkisinin ikinci turu keçirilir.
"Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunur ki, iyunun 28-də baş tutmuş birinci turda ən çox səs toplayan iki namizəd - sabiq səhiyyə naziri, parlamentin deputatı Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, İran Məsləhət Şurasının üzvü Səid Cəlili - prezidentlik postu uğrunda mübarizə aparır.
İran prezidenti İbrahim Rəisinin may ayında helikopter qəzasında həlak olmasından sonra təyin olunmuş bu seçki əvvəlcə ölkə qanunvericiliyinin tələbinə uyğun həyata keçirilən adi siyasi proses təsiri bağışlayırdı. Lakin seçki prosesinin gedişi, o cümlədən meydana çıxan namizədlər məsələyə fərqli yön verdi. İranın hazırkı daxili ictimai-siyasi vəziyyəti, eləcə də cari regional və beynəlxalq situasiya kontekstində bu seçki tamamilə başqa məzmun kəsb etdi.
Qısa müddət ərzində aydın oldu ki, İran, əslində, yolayrıcındadır və seçki vasitəsilə onun hansı istiqamətə üz tutması ölkə üçün taleyüklü nəticələrə gətirib çıxaracaq, həmçinin regionda və dünyada gedən proseslərə ciddi təsir göstərəcək. İkinci tura keçmiş namizədlərin hər ikisi, necə deyərlər, "rejimin adamı" olsa da, onların müxtəlif dünyagörüşünə malik olması, ölkənin daxili və xarici siyasətinə tam fərqli baxışı təmsil etməsi də bunun məhz belə olduğunu ortaya qoydu.
Odur ki, bu gün İranda təkcə seçki günü yox, həm də seçim günüdür və hansı seçimin edilməsi yaxın perspektivdə həm mövcud siyasi quruluşun, həm də bütövlükdə ölkə əhalisinin taleyini müəyyən edəcək. Buna görə İrandakı seçki bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında da diqqətlə izlənilir.
Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə Azərbaycanda İrandakı seçkiyə xüsusi maraq göstərilməsi prezidentliyə namizəd Məsud Pezeşkianın azərbaycanlı olması, onun açıq şəkildə türk kimliyindən çıxış etməsi ilə şərtlənib.
Daha ətraflı videosüjetdə:
Seçilən
152
50
oxu.az

10Mənbələr