AZ

Şimali Qafqaz Federal Universitetinin rektoru ATMU-nun qonağı olub

Bakı, 5 iyul, AZƏRTAC

Rusiya Federasiyasının Stavropol şəhərində fəaliyyət göstərən Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov və beynəlxalq əlaqələr üzrə prorektor Albert Kumukov Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor İlham Mədətov qonaqlara ATMU-da tədris prosesinin təşkili, mövcud fakültə və ixtisaslar, universitet çərçivəsində beynəlxalq əlaqələrin inkişaf dinamikası haqqında məlumat verib. Görüşdə Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin gündən-günə daha da möhkəmlənməsindən danışılıb. Çoxşaxəli əlaqələr sferasında təhsillə bağlı əməkdaşlığın önəmli olduğunu bildirən İ.Mədətov görüş çərçivəsində ATMU və Şimali Qafqaz Federal Universiteti arasında icrası nəzərdə tutulan təhsil məsələlərinin qarşılıqlı müzakirəsindən məmnun qaldığını deyib.

Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib və ATMU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
5
azertag.az

6Mənbələr