AZ

Ermənistan Rusiyadakı səfirini dəyişdirmək istəyir

Ermənistan Rusiyadakı səfirini dəyişdirməyi planlaşdırır.

Referans.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin sualını cavablayarkən deyib.

“Tezliklə bizim Rusiyada yeni səfirimiz olacaq. Artıq namizəd təqdim olunub, biz təyinatı gözləyirik”, - spiker bildirib.

Qeyd edək ki, Ermənistanın Rusiyadakı hazırkı səfiri keçmiş müdafiə naziridir. O, 2022-ci ildə Rusiyaya səfir təyin edilib. Daha əvvəl Ermənistan KİV-ləri Ermənistan hökumətinin Arutyunyanı parlament üzvü Qurqen Arsenyanla əvəzləmək niyyəti barədə məlumat yaymışdı. Lakin Rusiya onun namizədliyini rədd etmişdi. Bildirilib ki, hakim partiyanın üzvü Arsenyan sabiq müdafiə nazirindən fərqli olaraq anti-Rusiya bəyanatları ilə yadda qalıb.  

Seçilən
129
2
referans.az

2Mənbələr