AZ

TurizmDin Tao: “Çin Azərbaycan vətəndaşlarının ölkəyə girişinin asanlaşdırılması imkanlarını araşdırır”

Çin hökuməti Azərbaycan vətəndaşlarının ölkəyə girişini sadələşdirmək üçün tədbirləri öyrənir.

Bunu “Far.Az”un sualını cavablandırarkən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Çin vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək barədə qərar qəbul edib. Çin həmçinin Azərbaycan vətəndaşlarının ölkəyə girişini asanlaşdırmaq üçün müvafiq tədbirləri araşdırır. Əminəm ki, bizim birgə səylərimiz sayəsində ölkələrimizin sakinləri turizm, bizneslə məşğul olmaq, təhsil almaq üçün daha tez-tez səyahət edəcəklər. Bu imkanlar daha artır və əlçatan olur”, - o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
far.az

10Mənbələr