Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/4 finalında bu gün Fransa millisi ilə qarşılaşacaq Portuqaliya seçməsinin baş məşqçisi Roberto Martines fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun mətbuat konfransında dediklərini belə çatdırıb:
"Hamı böyük komandaların necə oynadığını bilir. Əsas olan ifaçıların istedadıdır. Portuqaliya bu oyuna hazırdır. Tam şəkildə matça köklənmişik. Özümüzə tənqidi yanaşırıq və həmişə mükəmməlləşmək istəyirik. Amma oyundan-oyuna hər şeyi dəyişməli deyilik".
Qeyd edək ki, Portuqaliya - Fransa qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat