AZ

Qəzzada yanacaq qıtlığının səhiyyə xidmətinin daha da pozulmasına səbəb olacağı gözlənilir

Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Ghebreyesus, İsrailin intensiv hücumları altında olan Qəzzada ciddi yanacaq qıtlığı səbəbiylə səhiyyə xidmətlərində daha çox fasilələrin olacağını bildirib.

Turkustan.az xəbər verir ki, Qebreyesus X sosial media platformasında Qəzzada xəstəxanaların vəziyyəti ilə bağlı paylaşım edib.

"Qəzzada ciddi yanacaq qıtlığı səbəbindən səhiyyədə əlavə fasilələr gözlənilir". Ghebreyesus, dünən Qəzzaya cəmi 90 min litr yanacağa daxil olduğunu, ancaq səhiyyə sektorunun gündəlik 80 min litr yanacağına ehtiyac olduğunu bildirib.

Ghebreyesus, yanacaq çatışmazlığının ÜST və Birləşmiş Millətlər Təşkilatını (BMT) qeyri-mümkün seçimlər etməyə məcbur etdiyini, Nasser Xəstəxanası, Əl-Amel Xəstəxanası, Küveyt Xəstəxanası və Filistin Qızıl Aypara Cəmiyyətinə aid təcili yardım maşınları da daxil olmaqla əhəmiyyətli xəstəxanalara məhdud yanacaq tədarükü etdiklərini qeyd edib.

Ghebreyesus, "Qəzza zolağında daha çox xəstəxana itirmək fəlakət olardı, çünki Qəzza-Avropa Xəstəxanası iyulun 2-dən etibarən fəaliyyət göstərmir" dedi. qiymətləndirməsini etdi.

Qəzzanın cənubundakı Rəfah şəhərindəki qarşıdurmaların əsas yanacaq anbarlarına girişi tamamilə əngəllədiyini vurğulayan Qebreyesus, müntəzəm qida, yanacaq və tibbi ləvazimatların çatdırılması üçün mayın 7-dən etibarən bağlı olan Rəfah Sərhəd Qapısının yenidən açılması çağırışını təkrarlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
142
turkustan.az

1Mənbələr