Teycon Byukenen böyük bəxtsizliklə üzləşib.
Kanada yığmasının və “İnter”in vingeri uzun müddət meydana çıxa bilməyəcək. 25 yaşlı futbolçu Amerika Kubokunun Venesuela ilə 1/4 final matçına hazırlıq zamanı zədələnib. Məşqdə onun baldır sümüyü sınıb. Teycon tezliklə əməliyyat olunacaq. Məlumatda onun sağalması üçün təxminən 4-5 ay vaxt lazım olacağı bildirilir.
Xatırladaq ki, Byukenen “İnter”ə bu ilin yanvarında keçib. O, komandada 10 oyuna çıxıb və 1 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta