AZ

Türkiyədə İŞİD əleyhinə əməliyyatlar keçirildi

Türkiyə təhlükəsizlik xidmətləri 45 nəfəri İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat yayıb.

“İŞİD terror qruplaşmasına qarşı 16 vilayətdə keçirilən əməliyyatlar çərçivəsində 45 nəfər saxlanılıb”, - deyə nazir "X"-də yazıb.

Saxlanmalar İstanbul, Ankara və Antalya da daxil olmaqla həyata keçirilib.

Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir il ərzində Türkiyədə 3 mindən çox insan İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanılıb.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
yenisabah.az

10Mənbələr