AZ

Britaniyada seçkilərdə Leyboristlər qalib gəlib

AzVision.az xəbər verir ki, partiyanın sədri Kir Starmer ən böyük rəqibi, Baş nazir Rişi Sunakı 33.9% səslə üstələyib. Partiya parlamentdə 410 mandat qazanıb.

Rişi Sunakın rəhbərliyində Mühafizəkarlar Partiyası isə cəmi 23.7% (119 mandat) toplaya bilib.
Britaniyada parlament seçkiləri keçirilir - FOTO/VİDEO - YENİLƏNİB

Beləliklə, Starmer Britaniyanın yeni Baş naziri kimi vəzifəyə gələcək.

O qələbənin ardınca seçicilərə öz təşəkkürünü bildirərək:

"Siz ölkəmizi dəyişdiniz. Vəzifəmiz bu ölkəni birləşdirən ideyaları yeniləməkdir", - söyləyib.

Seçkidə Leyboristlər Partiyasının qələbəsi Britaniyada Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətini başa çatdırıb.

Firudin Həmidli
AzVision.az

Seçilən
100
azvision.az

1Mənbələr