AZ

Qarabağ Universiteti üçün Loqo müsabiqəsi elan edilir

Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə Loqo müsabiqəsi elan edilir.
 
 
Bu barədə AzEdu.az-a Elm və Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
 
Bildirilib ki, Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə Loqo müsabiqəsi elan edilir.
Müsabiqənin şərtləri:
 
• Müsabiqədə bu sahədə bacarıqlı olan hər kəs iştirak edə bilər;
• Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;
• Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
• Təqdim olunan eskizlər yeni olmalıdır;
• Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;
• Loqo digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;
• Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;
• Qarabağ Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
 
Qeyd edək ki, eskizlərin qəbulu üçün son tarix 17 iyul 2024-cü ildir.
 
Hazırlanan loqo eskizlərini göndərmək üçün elektron poçt ünvanı: karabakh@edu.gov.az
Seçilən
80
2
azedu.az

3Mənbələr